Aparıcı Elgiz Əkbər xəstə uşaqlardan biri üçün yardım toplayarkən yaşanan dələduzluq hadisəsindən danışıb.
OLAY yazır ki, E.Əkbər bu barədə aparıcılıq etdiyi “Elgizlə izlə” verilişində bildirib.
O, qeyd edib ki, xəstə uşağın müalicəsini üzərinə götürən şəxs sonradan sözünün üstündə durmayıb:
“Şəkidən zəng edib, aksiyanı saxlayın dedilər. Xəstə uşaq da ağır vəziyyətdə idi. Onun müalicəsini üzərinə götürən şəxs dələduz çıxdı, dediyi sözün üstündə durmadı. Nə qədər stress yaşadım. Efirdən kiməsə pislik arzulamaq yaxşı deyil. Amma sən bir xəstə uşağın hissi ilə oynadın, zəng edib yalandan “pulunu ödəyəcəm” dedin. Heç vaxt yadımnan çıxmaz. Allah başına gətirsin, yaşayasan və görəsən ki, necə bir hissdir”.