Xalq artisti Gülyaz Məmmədova indiki toylardan gileylənib.
OLAY yazır ki, ifaçı bu barədə “Sözbaz” verilişinə danışıb.
“Sanki, bütün dünyamız dəyişib. Toylarda fikir verirəm ki, əvvəl hər kəs dəhşətli dərəcədə şənlənib, rəqs edirdi. İndi isə insanlar sanki, dəvət gözləyir. Hərəkətlərdə çəkinmələr var, inşallah o da düzələcək”, - deyə, Xalq artisti qeyd edib.