TV proqram
TV proqram

“Anam ailə qurmağımı istəmirdi...” - Xalq artistindən etiraf

“Anam ailə qurmağımı istəmirdi...” -  Xalq artistindən etiraf

Xalq artisti Həmidə Ömərova anasının onun ərə getməsinə mane olduğunu bildirib.  

OLAY yazır ki, aktrisa bu barədə “O üz” verilişinə danışıb.

“Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarı təkcə işim deyildi, həm də anam idi. O deyirdi ki, bu sənəti seçmisən, özün üçün yaşa. Bir qadın mənim üçün elçi gəlmişdi, oğluna istəyirdi. Qonşu otaqda idim. Oradan anam mənim haqda dedi ki, “Həmidə üçün yeməyi indiyə qədər mən bişirmişəm, onun üçün indiyə qədər hər şeyi özüm edirəm. O aktrisadır, həyatını sənətinə bağlayıb. Qızım oğlunuza yoldaş ola bilməz”. Ailə qurmağımı istəmirdi. Ona heç nə deyə bilmirdim”, - deyə Ömərova vurğulayıb