Meyxanaçı Samirə Yusifqızının növbəti açıqlaması sosial şəbəkələrdə tənqid olunub.
OLAY yazır ki, o “Gəl danış Amil Xəlil ilə” verilişində xəyanətlə bağlı danışıb.
Yusifqızı bildirib ki, həyat yoldaşı xəyanət etsə, onu bağışlayar:
“Yoldaşım həm başqa xanımla, həm də mənimlə yaşasa qəbul edərəm. Hətta belə bir şey olub və mən qəbul etmişəm. O kişidir. Bunu etmək qadın üçün pisdir, adı ləkələnir. Heç kəs deməsin ki, mənim ərim günahsızdır. Bütün kişilər evdən çıxandan sonra istədiyini edir. Qoy, ərim getsin, lap iki qadınla evlənsin, özü bilər”.