“Ayrıldıqdan sonra Prezident mənə ev vermişdi. 2005-ci il idi. Metronun “Xətai” stansiyasının yaxınlığında. Mənə, Yaşar Nuriyə, kamança ustası Habil Əliyevə və Siyavuş Aslana. Təmirli, gözəl ev idi”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Tariyel Qasımov “Onun sirri” verilişində deyib.
O bildirib ki, keçmiş xanımı həmin evə görə onu məhkəməyə verib:
“Keçmiş xanımım bunu eşidəndə məni məhkəməyə verərək yaşamaq hüququ tələb etdi. Belə qərara gəldim ki, evi satım və bir otağın qiyməti nə qədərdisə, o pulu ona verim. Elə də etdim. Satdım və pulu oğluma verdim. Həmin pula oğlum bahalı maşın aldı”.