TV proqram
TV proqram

“Pulum olsaydı qardaşıma bir il yas saxlayardım”

“Pulum olsaydı qardaşıma bir il yas saxlayardım”

“O insan istəmirdi ki, kimsə əziyyətini çəksin. Əlim çörəyə çatandan sonra ona studiya açdım. İstəyirdim ki, o, ata olsun. Mənim üçün övladımdan da öncə qardaşım gəlib”.

OLAY yazır ki, bu sözləri müğənni Xatun Əliyeva “O üz” verilişində vəfat edən qardaşı haqda deyib.

Sənətçi bildirib ki, qardaşına yas saxlaya bilməyib:

“Hərdən mənə deyirlər ki, bəzənirsən. Deyirəm ki, nə istəyirsiz məndən? Mənim qardaşım rəhmətə gedib, mən bəzənirəm, toya gedirəm. Əgər, uşaqlarım olmasaydı, karantin olmasaydı, kənarda biraz pulum olsaydı mən bir il qardaşıma yas saxlayardım. İşim çox çətindi. Qardaşım stilist idi. Hər dəfə toy üçün bəzənəndə o yadıma düşür”.