“Qardaşımın ruhu məni bağışlasın. O vaxt anam dünyasını dəyişəndə mən stress keçirtdim. Depressiyaya düşdüm. Bir il ötdükdən sonra böyük qardaşım Rüstəm rəhmətə getdi”.
OLAY yazır ki, bu sözləri aktyor Allahverdi Yolçuyev qonaq olduğu “Onun sirri” verilişində deyib.
Sənətçi qardaşının məzarını ziyarət edə bilməməsindən də söz açıb:
“Mən necə də olsa qardaşımın məzarına getməli idim. Amma ayağım getmirdi. Bədənim əsirdi. Nitqim tutulmuşdu. Su içə bilmirdim, yemək yeyə bilmirdim. Belə bir dəhşətli hal baş verdi. Şəkər xəstəsi idi. Ayaqları kəsilmişdi deyə çox əziyyət çəkirdi. O dünyasını dəyişənə qədər mən hər həftə gedib onu görmüşəm, söhbət etmişəm”.