Xalq artisti Naibə Allahverdiyeva yaşadığı mənzili nümayiş edib.
OLAY yazır ki, sənətçi “Evimizin qonağı” proqramının çəkiliş heyətini evində qonaq edib.
Bina evində yaşayan aktrisa ağ rəngi sevdiyini bildirib. Qonaq və yataq otağının nümayiş olunduğu mənzildə Allahverdiyevanın ən çox ağ rəngdən istifadə etməsi nəzərlərdən qaçmayıb.