“Arif Quliyev ( Xalq artisti – Red) özü güldürürdü, daxildə isə həmişə ağlayırdı. Onu yaxından tanıyanlar necə kövrək insan olduğunu daha yaxşı bilib. O, efirdə hamıya gülüş bəxş edib. Çətinliklərini bizimlə bölüşərdi”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova “O üz” verilişində mərhum aktyor A. Quliyevlə bağlı deyib. O bildirib ki, 1996-cı ildən sənətçi iləq onşu olub:
“Çox gözəl qonşu olub bizə. Bizim aramızda elə doğmalıq var idi. Evimizin açarını belə bir-birimizə əmanət edirdik. Onun keşməmkeşli həyatı, uşaq evində keçirdiyi günlər... Hətta bir dəfə dedi ki, qalmağa yeri, yeməyı bir tikə çörəyi olmayıb. Deyir,haradasa gecələyib, hamı gedib, özünü yuxuluğa vurub. Gəlib oyadıblar ki, yatıb qalmısan. Gözümü açıb deyib ki, getməyə yerim yoxdu. Bu çətinliklərlə gəldi, özünə hörmət qazandı. Xalq artisti adına ucaldı, gözəl ata və həyat yoldaşı oldu. Oğul dərdi onu yıxdı. Həmişə gözünün içi qəmli idi. Qəm-qüssə içində idi. Biz qonşu olduğumuz vaxtlarda o hadisə baş vermişdi. Çox pis oldu. Sarsıldı”.