TV proqram
TV proqram

“Ailə quranda o, ağır xəstə idi” – Aktyorun ikinci xanımı

“Ailə quranda o, ağır xəstə idi” – Aktyorun ikinci xanımı

Xalq artisti Tariyel Qasımovun ikinci xanımı Rübabə Qasımova ilk dəfə danışıb.

OLAY yazır ki, o, aktyor “Onun sirri” proqramında qonaq olarkən həyat yoldaşının səs yazısı yayımlanıb.

R. Qasımova deyib ki, onlar ailə quranda sənətçi ağır xəstə olub:

“Biz Tariyel müəllimlə ailə quranda iki il idi ki, bacısıgildə yaşayırdı. Ailəm qəti etiraz etdi, çünki Tariyel müəllim ciddi xəstə idi, 5 addım gedə bilmirdi. Mən razılıq verdim, fikirləşdim ki, əlimdən gələni də, gəlməyəni də etməliyəm ki, ayağa qalxsın. 35 illik ailəsinin dağılması səhhətinə ciddi ziyan vurmuşdu. Şükür ki, öhdəsindən gəldik. Mən illər keçdikcə şükür eidrəm ki, Tariyel Qasımovla ailə qurmuşam, onun anası mənə ana oldu. Onlar mənə, mən də onlara hörmət edirəm. Nə yaxşı ki, onunla evlənmişəım və qarşıma elə bir insan çıxıb”.

T. Qasımov isə xanımının sözlərindən sonra göz yaşlarını saxlaya bilməyib:

“Onu çox istəyirəm. Əsl sevgi var. Bilirəm ki, o, məni daha çox sevir. Ona görə yaşayıram. İkimiz də çox xoşbəxtik. Bir nöqsanı var, o da qısqanc olmasıdır. Sosial şəbəkələrdə yazırlar ki, böyük sənətkarsız, sizi sevirik. O da qısqanır. Deyirəm, aktyor kimi sevdiklərini yazırlar”.