TV proqram
TV proqram

Kübra Əliyeva onu tənqid edənlərə cavab verdi

Kübra Əliyeva onu tənqid edənlərə cavab verdi

“Elgizin Pirallahıdakı bağına getdim. Dedim ki, ordan torpaq istəyərəm, versələr alaram. Ondan sonra mənə nələr-nələr yazdılar. Dedilər ki, “Kübra xanımın gözü doymur”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.

Sənətçi onu tənqid edənlərə cavab verib:

“Bir jurnalist dostum səsli mesaj atdı ki, Kübra xanım bu insanlara cavab verin, sizə yaraşmaz. Heç cavab da vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Mənim heç öz evim yoxdu. Evimi qızıma bağışlamışam, elə orda da yaşayıram. Mən dünyadan köçdükdən sonra o ev qızımın olacaq. Heç kəsdən heç nə istəmirəm”.

Qeyd edək ki, K. Əliyeva bir müddət əvvəl Pirallahıdan torpaq sahəsi istədiyini bildirmişdi. Əməkdar artist bu istəyinə görə sosial şəbəkələrdə tənqid olunmuşdu.