Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl borclarına görə efirdə xalqdan kömək istəməsi haqda danışıb.
OLAY yazır ki, bu barədə o, “Maqazin Plus” verilişinə açıqlama verib.
Seyidcahan həm də bu addımı atdığı üçün onu tənqid edənlərdən də söz açıb:
“Bəzi insanlar düşündülər ki, Elza Seyidcahan maddi çətinlikdən efirə çıxıb, yox. Elza haqsızlıqla qarşılaşdığı üçün efirdə idi. O mənə təsir göstərmişdi. Bu məsələ də öz yerini tapdı. İnsan gərək həmin hadisəni yaşasın ki, məni başa düşsün. Bəziləri öz reklamları, gündəmləri üçün məsələni şişirtdilər. Eybi yox, onlar da reklam olunsunlar. Gülyanağı (Xalq artisti Gülyanaq Məmmədova - Red.) da öpürəm. Bu hadisə üçün peşman olmadım. Əksinə insanları tanıdım. Elələri var idi ki, onlardan uzaqlaşmaq istəyirdim. Bundan sonra uzaqlaşdım. Uzun illərdir mənim saflığımdan istifadə edən insanlar var idi. Səhv edirdilər, bağışlayırdım. Amma bu dərəcədə onların saxtakar olduqlarını, içlərindəki ifunəti bilmirdim. Onlar bunu gizlədə bilmədilər, üzə vurdular”.
Qeyd edək ki, bir müddət əvvəl Gülyanaq Məmmədova Seyidcahanın efirdə yardım istəməsi haqda “Kiməsə yük olmaq lazım deyil” açıqlamasını vermişdi.