“Sənət adamlarının pulunu və biznesini kimsə idarə etməlidir. Gecə səhərəcən məclislərdə oluram. Sonra da pulu qoyuram evə, dost-tanış gəlir pul istəyir. Nəticədə əziyyətlə qazandığım pulları kimsə gəlib aparır”.
OLAY yazır ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Söz ustası bir neçə dəfə biznes fəaliyyətinə addım atması barədə də danışıb:
“Sadıxla (meyxanaçı Sadıx Mustafayev-red) dəfələrlə restoran icarəyə götürüb işlətməyə çalışmışıq. Amma vaxt çatışmazlığından bu sahədə uğursuz olmuşuq”.