“İnsanlar adətən hər şeyi tanınmışlarla əlaqələndirməyi sevir. Sənət adamları haqqında danışırlar. Bu mənə çox pis təsir göstərir. Bir tərəfdən də bəzi sənətçilər başqaları haqqında mənfi fikir yaratmağa çalışır. Bülbül oxuyar, qarğa qarıldayar, it isə yalnız qapa bilər. Hər insanın öz xasiyyəti var. Kiminsə haqqında mənfi rəy yaratmaq istəyənlər yalnız bunu bacarırlar. Pis birindən yaxşılıq gözləmək olmaz. Yaxşı düşünmək və danışmaq insanın özünə də xoş təsir göstərir”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Axşam havası” verilişində deyib.
Sənətçi illər əvvəl aparıcılıq etdiyi “Gözəllik dünyanı xilas edəcək” proqramından da söz açıb:
“Həmin layihədən ayrılmaq istəyirdim. Hər dəfə torbalarla məktublar gəlirdi. Tamaşaçılardan biri yazırdı ki, “atamın təzyiqi düşür sizə baxanda”, digəri deyirdi ki, “anamın şəkəri düzəlir”. Bu şəkildə 5 il davam etdik. Daha sonra isə bağlamaq məcburiyyətində qaldım. Çünki qonorar almırdım. Mənim üçün çox çətin idi”.