TV proqram
TV proqram

“Saçındakı güllər təbiidir” - Nazilə Fatiməyə söz atdı

“Saçındakı güllər təbiidir” - Nazilə Fatiməyə söz atdı

Şairə Nazilə Səfərli bir müddət əvvəl qalmaqal yaşadığı  Fatimə Fətəliyeva ilə bağlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Şourum” verilişində danışıb. Belə ki, Səfərlinin şərh verməsi üçün Fətəliyevanın klipi yayımlanıb.

Nazilə isə klipi dayandırıb, rəqqasənin başındakı gülü “zoom”lamasını istəyib. “Saçındakı gül və arxadakı yarpaqlar təbiidir. Afərin. Videodan bu qədərini anladım”, - deyə, o, bildirib.

Qeyd edək ki, bir müddət əvvəl N. Səfərli üstüörtülü status yazaraq bir rəqqasənin onun reklam etdiyi məkana zəng edib qışqırdığını, “Bizi dəvət etmirsiniz. Kor-kobud şairəni reklama çağırırsınız” dediyini söyləmişdi. Fatimə isə şairənin onu nəzərdə tutduğunu bildirmiş və qalmaqallı açıqlama vermişdi. Hətta iki məşhur məhkəməlik də olmuşdu.