Aparıcı Leyla Quliyeva mediada haqqında yayılan xəbərlərə münasibət bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “10-da görüşək” verilişinin sezon finalında danışıb.
O, həyat yoldaşı ilə illər sonra OLAY-ın kamerasına tuş gəlməsi və bundan sonra müxtəlif saytlarda yayımlanan başlıqlarla bağlı bunları deyib:
“Yayımlanmağın iki növü var. Sözügedən olay – hansı ki, olay deyildi. Bizim məşhur filmimizdə deyir ki, mənim indi ixtiyarım yoxdur ayda bir dəfə arvadımla bazara gedim? Durduq ailəvi gəldik Miri Yusifin konsertinə. Bunun yayımlanmasının heç bir qəbahəti yoxdur. Amma baxır necə, hansı rakursdan. Onu necə təqdim edirlər: “Baxın belə görüntüləndi” kimi başlıqla... Necə görüntüləndi ki? Əyləşmişik, oturub konsertə baxırıq, deyib-gülürük! Konsertin də konsert davranışı var. Bu, rəsmi qəbul, ziyafət, dini ritual icra olunan yer deyil. Səhifəni açıram “Leyla yoldaşı ilə belə görüntüləndi” çıxır. İlahi, necə? “Leyla Quliyeva həyat yoldaşı ilə konsertdə” başlığı da var. Səliqəlidir. Yanlış ifadə edənlərə etirazımı bildirdim. Oxunsun deyə, elə başlıq qoyurlar ki, adam infarkt keçirir ki, görəsən, nə oldu?”.