“Artıq zövqlər dəyişir. Heç kəs bir adama qulaq asmır. Konsert və toy tələbatı fərqlidir. Elə müğənnilər var ki, hər zaman tələbat olur”.
OLAY yazır ki, bu sözləri müğənni Günay İbrahimli “Sözbaz” verilişində deyib.
Sənətçi xanımlara daha çox marağın olduğunu bildirib:
“Kişi ilə xanımın fərqi bilirsiz nədir? Qadınların potensialı daha çoxdur. Onların taxdığı aksesuara, geyiminə, saçına, qısaca hər şeyinə fikir verirlər. Kişi isə bir imicdə olur. Xanımlar daha çox izlənir. Mən düşünürəm ki, şouda qadın daha çoxdur”.