Rəqqasə Fatimə Fətəliyeva qızının toy məclisinə maqazin əhlindən heç kəsi çağırmamasının səbəbini açıqlayıb.
OLAY yazır ki, Fətəliyeva qonaq olduğu “Onun sirri” verilişində “Toya heçkəsi dəvət edə bilmədim. Bilirsiniz ki, bunun başqa səbəbləri var. Oğlan tərəf ümumiyyətlə şou-biznesdən heç kəsi istəmədi” sözlərini bildirib.
Rəqqasə mərasimdə yalnız 2 müğənninin iştirak etdiyini açıqlayıb: “Bir Mətanət İsgəndərli gəldi. Həmçinin Elton (Əməkdar artist Elton Hüseynəliyev-red) da toyun aparıcısı idi”.