“1992-ci il idi. Bizi bir tədbirə dəvət etmişdilər. Ruhəngiz xanım (Əməkdar artist Ruhəngiz Allahverdiyeva-red) da orda idi. Bir-birimizi tanıyırdıq. Çox vaxt toy məclislərində bir yerdə olurduq. Elə həmin məclislərin birində o mənə soyadımızla bağlı çıxan söz-söhbətləri dedi. Bizi evli bilirdilər”.
OLAY yazır ki, bu sözləri “Onun sirri” verilişində müğənni Nadir Bayramlı həmkarı Ruhəngiz Allahverdiyeva ilə bağlı deyib.
O, bildirib ki, soyadını dəyişmək üçün R. Allahverdiyeva heç bir göstəriş verməyib: “Ruhəngiz xanım elə biri deyil. O, mənə soyadımı dəyişməklə bağlı heç vaxt “ultimatum” verməyib”.