TV proqram
TV proqram

“Onu nəyəsə məcbur etmərəm”

“Onu nəyəsə məcbur etmərəm”

“Mən mahnılarımı birinci Aynişana göstərirəm. Deyirəm, bax gör necə mahnıdır? O isə utanır. Amma geyimlərlə və aksesuarla bağlı ondan məsləhət alıram. Daha sonra isə yenə öz bildiyimi edirəm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova qonaq olduğu “10-da görüşək” verilişində qızı Aynişan Quliyeva ilə bağlı deyib. A. Haşımova qızının fikirlərinə də hər zaman hörmət etdiyini bildirib:

“Aynişan həmişə özü qərar verir. Mən ona müdaxilə etmirəm. Sadəcə, məndən nəsə soruşanda məsləhət verirəm. Amma heç vaxt onu nəyəsə məcbur etmərəm. Mən tələbələrimlə də beləyəm. Uşağı nəyəsə məcbur etmək olmaz, səndən küsər. Düzgün olanı başa salmaq lazımdır. İstedadı boğmaq lazım deyil”.