“Atam nişanımdan 1 həftə sonra restoranda yıxıldı, komaya düşdü, sonra da rəhmətə getdi. Çox sevinirəm ki, toyumda ola bilməsə də, nişanımı gördü. Nəsildəki uşaqların hamsı onu çox sevirdi, babası bilirdi”.
OLAY yazır ki, bu sözləri müğənni-bəstəkar Hacı Nazim Məmmədov “Söz Baz” verilişində deyib.
O, atasının vəfatından sonra yaşadıqlarından söz açıb:
“Atamdan sonra bir çox şey dəyişdi. Mən onu həmişə axtarmışam. Çox dəhşətli hisslərdir. Anam mənimlə yaşayır. Amma onunla heç vaxt dost ola bilmədik. Atamla isə dost idik. O, çox başqa idi. Arada Göyçaydakı qəbri üstünə gedib, onunla söhbət edirəm”.