“Koronavirus məni çox dəyişdi. Mən ömür boyu azadlığım üçün digərləri ilə mübarizə apardım. Bu xəstəlik azadlığımızı da əlimizdən aldı. Mən həmişə sərbəst qadın olmuşam. Etdiklərim üçün heç kəsdən icazə almamışam. Amma, pandemiya ərzində çölə çıxanda belə SMS-lə çıxırdıq”.
OLAY yazır ki, bu sözləri aktrisa Çimnaz Sultanova “Xəbər-ətər” verlişində deyib.
Aktrisa Covid-19 virusuna yoluxub dünyasını dəyişən yaxınlarından danışarkən ağlamağa başlayıb: “Bir il ərzində ailəmdə çoxlu itkilər oldu. Cavan bibim qızını, bibimi, bibimin yoldaşını və əmimi itirdim. Bibim qızının məzarına hələ də getməmişəm (ağlayır). İnanmaq istəmirəm ki, o, ölüb. Mən hər gecə ya şam, ya da gecə lampası yandırıb yatıram. Çünki, qaranlıqda qala bilmirəm. Yaxınlarımın itkisi ilə barışa bilmirəm”.