“Mənə çoxlu təbriklər, xoş sözlər yazırlar ,amma uşaqlıqdan ailə qurana qədər, hətta ailə qurduqdan bir neçə il sonraya qədər də ad günümün tarixini bilmirdim”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “10-da görüşək” verlişində deyib. 54 yaşını qeyd edən sənətçi ad günü məclislərini evləndikdən sonra təşkil etdiyini açıqlayıb:
“Evlənəndən sonra gördüm ki, hər kəs dəbdəbəli şəkildə doğum günü keçirdir. Mən də məcbur oldum ki, öz ad günümün tarixini öyrənim”.
Şahanə Paşa