Rejissor Kənan Mahmudov (MM) efirdə olarkən TikTok-da yarışıb.
OLAY yazır ki, o, “7 canlı” proqramında qonaq olub.
Kənan həm də sözügedən platformasındakı fəaliyyətindən bəhs edib:
“TikTok-da elə tutuzdurmuşam ki, deyirəm, 20 ildir yanlış işlə məşğulam. Göndərilən hədiyyənin 70 faizini TikTok götürür. 1000 manat qazanırsansa, 700-ü gedir. Məsələn, canlı yayımı açırsan, baxırsan ki, oynayırlar. Fikirləşirsən ki, mən ona nəyə görə hədiyyə atım? İzləyicilər intriqa və qalmaqaldan qaçırlar. Bir insan sosial şəbəkələr olmadan necədirsə, orada da elə olur. Deyirlər ki, insanların gerçək üzü göründü. Yox! Sənin onu görmə imkanın olmayıb”.