Aktyor Fərda Amin ikinci evliliyi haqda açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Söz Baz” verilişində danışıb.
Fərda deyib ki, hər zaman xoşbəxt olub:
“Mən hər gün xoşbəxt olmuşam. Amma nankorluq etmişəm. Ona görə də hər gün bağışlanmağımı istəyirəm. Seçimlər bizə aiddir, buna görə peşman olmaq olmaz. Mənim ikinci evliliyim 2017-ci ildə oldu. O zamandan bu günə qədər məni qınayan, təhqir edən çox olub. Bunların sırasında xüsusi öyrədilmiş insanlar da var. Əgər o vaxt subay olub, sonra ailə qurublarsa, əminəm ki, eyni həyatı yaşayıblar. Ən azı bu siyahıda 10 nəfər var. Və baxıb utanırlar”.
Qeyd edək ki, Fərda iki dəfə ailə qurub. Onun dörd övladı var.