Əməkdar artist Ruhəngiz Allahverdiyeva əvvəl aktrisa olmaq istədiyini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” proqramında danışıb.
Sənətçi həm də zaman - zaman yaşının səhv yazılmasından da söz açıb:
“Mən aktrisa olmaq istəyirdim. Aktrisa olsam, indi Xalq artisti idim. İnanırsız, 67 yaşım var, yazırlar ki, 75 yaşındadır. Bunu məni istəməyənlər edir”.