“TV 8” kanalının rəhbəri Acun Ilıcalı “Survivor All star” iştirakçısı Batuhan Karacakayanın ittihamlarına münasibət bildirib.
OLAY yazır ki, o, yarışmadan çıxdıqdan sonra açıqlamaları ilə müzakirə olunan Batuhana cavab verib:
“Batuhan məktub yazacağını deyir. Çıxsın, yazsın. O məktubu gözləyirəm, cavabını verəcəyəm. Batuhan, hər səsvermədə uduzmusan. Nisa Bölükbaşı səndən 3 dəfə çox səs toplayıb. O, prinsipialdır, bütün problem onun prinsipial olmasındadır. Daha əvvəl bir qadın da belə mənasız danışmışdı. Onu da məhkəməyə verdim və qazandım. Namusumuza dil uzadanı bağışlamaram”.
Acun həmçinin Batuhanın anası Gülhayat Karacakayanın “Oğlumun haqqı yeyildi” açıqlamasından da söz açıb:
“Anası deyib ki, haqqı yeyilib. Kim oğlunun haqqını yeyib, niyə yeyilsin?”.
Qeyd edək ki, “Survivor All star”ın ötən gün baş tutan finalında N. Bölükbaşı qalib olub.