Aparıcı Elgiz Əkbərin başına iş gəlib.
OLAY yazır ki, o, bu barədə “Elgizlə izlə” proqramında danışıb.
Elgiz deyib ki, yolun kənarında dayandığı zaman bir ağac yerə düşüb:
“Aramızda 20 metr məsafə var idi. 20 metr qabaqda olsam, başıma düşərdi. Özü də qədimi ağac deyildi, birdən-birə maşının üstünə devrildi. Mən də yolun kənarında dayanmışdım. Allah qoymadı ki, başımıza düşsün. Yanımda uşaq da, qadın da var idi”.