Aktyor Ramil Babayev xanımı Nigar Babayevi evləndikdən sonra işləməyə qoymayıb.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.
“Nə xoş təsadüf ki, biz də ATV-də tanış olmuşuq, siz də”, deyən aktyora aparıcı Zaur Baxşəliyev “Amma sonra onu işləməyə qoymadın. Gör, neçə ilini itirdi. Təbii gözəl ailə qazandı”, - deyə cavab verib.
“Sən mənim ailə vəziyyətimi bilmirsən. Bu uşaqları məktəbə aparıb-gətirmək lazım idi”, - Ramil vurğulayıb.
Qeyd edək ki, cütlüyün iki övladı var.