Əməkdar artist Ruhəngiz Musəvi həddən artıq estetik etdirənlərə irad bildirib.
OLAY yazır ki, bu barədə o, “7 Canlı” proqramında danışıb.
Sənətçi deyib ki, özü plastik əməliyyat etdirməyi heç düşünməyib:
“Məndə estetikə ehtiyac var? Fikirləşirsən ki, heç olmasa cavanlar etməsinlər. Çox cavan yaşda bu yola üz tuturlar.Hələ sənət adamlarının adı çıxıb. Adi adamları görürəm ki, estetik edirlər. Baxıram yaşlı, ev xanımıdır, o da estetiklidir. Deyirəm, bu kimin üçün edir? Yəqin həyat yoldaşlarına görə edirlər. Ad çəkmirəm, bəzi sənət adamları qədərində etsinlər. Biri var, müğənnidir, gözəl qadındır, yanağını elə doldurub ki, gözü itib. Amma deyir, heç nə etməmişəm. Hamısı tülkügöz olub. Bu xəstəlikdir, nədir? Bir-birilərinə baxıb edirlər. Bəziləri səliqəli ediblər, bəziləri isə kobud. Heç olmasa boyu hündür ola, eybi olmaz. Amma boyu balaca, ombası isə enlidir. Əvvəllər “Kirpi” jurnalında karikaturalar olurdu. Çox gülünc və eybəcər görünür”.