Müğənni Nazim Pişiyari (Faytonçu) sənət fəaliyyətini dayandırmaq fikrindədir.
OLAY yazır ki, bu barədə o, “10-da görüşək” proqramında açıqlama verib.
Nazim deyib ki, bunu yaxın gələcəkdə edəcək: “Düşünürəm ki, səhnədən getmək vaxtım yaxınlaşır. Fikirləşmirəm ki, 80 yaşa qədər oxumaq lazımdır. Bunu yalnız özümə şamil edirəm, subyektiv fikrimdir. Haradasa 5 il sonra fəaliyyətimi dayandıracam. Məncə, insan “dayan” deməyi bacarmalıdır. Toylara ümumiyyətlə getməyəcəm”.