Əməkdar artist Nahidə Orucovanın başına iş gəlib.
OLAY yazır ki, sənətçi tamaşa zamanı qolunu sındırıbmış. Bu barədə o, “MTV”yə müsahibəsi zamanı danışıb.
“O olmasın, bu olsun” tamaşasında Sənəm obrazını oynayıram. Biz baş reşissorun otağında idik, artıq səhnəyə çıxmalı idim. Kəlağayını taxıb çıxmağa hazırlaşırdım, ayağımdakı çarıq stula ilişdi yıxıldım. Amma tamaşada oynadım, davam etdim. Bir az sızıldadı, dedim, yəqin əzilib. Axşam ağrıdı, iynə vurdum, dərman içdim. Səhəri gün həkimə getdim, dedi, qolun sınıb”, - deyə Orucova bildirib.