“Mən sovet dövründə 80 rubl maaş alırdım. O vaxt ətin kilosu iki manat, benzin isə 5 qəpik idi. Bir 25-lik bəs edirdi”.
OLAY yazır ki, bu sözləri “Zaurla Günaydın” proqramında Əməkdar artist Çingiz Əhmədov deyib.
O toylarda aparıcılıq etməsindən danışıb:
“Bizim yaxşı masabəylərimiz, tamadalarımız olub. Mövsüm Sənani ilk dəfə toya pulsuz gedib, Adil İsmayılov toy aparıb. Mərhum Xalq artisti Ramiz Əzizbəyli məni həmişə danlayırdı ki, bir telefon al, toylar var, səni istəyirlər. Belə-belə bu işlə məşğul olurdum, gördüm ki, tələbat var. Mən kimin toyunu apararıramsa, ilk övladı qız olub”.