“Netflix”də izlənmə rekordları qıran, demək olar ki, bütün dünyada izlənilən “Squid Game” serialını realiti-şouya çevirir.
OLAY yazır ki, ikinci sezonu çəkilən populyar serial gerçək həyatda da özünə yer edəcək. Bu barədə “Netflix” rəsmiləri məlumat yayıb. Bildirilir ki, yarışmada birinci olana 4 milyon 560 min dollar pul veriləcək.
Ancaq serialdan fərqli olaraq şouda heç kimin həyatına qəsd edilməyəcək. Sadəcə oyunları keçmək və finala çatmaq lazımdır.
Dünyanın dörd bir yanından artıq şouda iştirak üçün qeydiyyatlar da başlayıb. İlkin şərt isə iştirak edəcək şəxslərin ingiliscə bilməsidir. Yarışma “Netflix”də yayımlanacaq.
Qeyd edək ki, sözügedən layihənin yerli versiyası “Sükut oyunu” adı ilə Xəzər TV-də efirə gedəcək.