TV proqram
TV proqram

“Squid Game” Xəzər TV-də yarışma olur

“Squid Game” Xəzər TV-də yarışma olur

Xəzər TV rekordlara imza atan “Squid Game” serialından ilhamlanaraq yeni yarışmaya start verir.

OLAY yazır ki, adı hələ ki bəlli olmasa da, müsabiqə sözügedən ekran işində təşkil olunan yarışma formatında olacaq, hətta iştirakçılar və moderatorlar layihədəki geyimlərin eynisindən istifadə edəcək. İlkin versiyada layihədə məşhurlar yarışacaq. Şou tezliklə tamaşaçı qarşısına çıxarılacaq.

Qeyd edək ki, "Netflix"in rekordlar qıran və çəkilişinə 21,4 milyon dollar xərclənən "Squid Game" serialı ilk ayında 891 milyon dollar gəlir əldə edib.

Ekran işi 111 milyon dəfədən çox baxılıb.