“Açıq-aydın toy üçün yazılanlar, bir də gizli kommersiya mahnıları olur. Elçin Cəfərovla Sevda Yahyayevanın “Səni sevirəm” mahnısı buna misaldır”.
OLAY yazır ki, bu sözləri aparıcısı olduğu “Özəl” verilişində Kazım Sübhan deyib.
O bildirib ki, Elçinlə Sevdanın işbirliyində onun da imzası olub:
“Teymur Əmrah demişdi ki, illər keçəcək o mahnı yadda qalacaq. Düzdür, bu bəstə sənət nümunəsi idi. Amma Elçinlə Sevdaya çox toy qazandırdı. Biz o layihəni birgə hazırlamışdıq. Baxmayaraq ki, mən bu işdən bir gəlir əldə etmədim. Çünki o vaxt düşünürdüm ki, təki layihədə imzam olsun. Sonra anladım ki, bir imzanın olması kifayət deyil. Məndən 10 il sonra bu sahəyə gələnlər haqqlarını tələb edib hörmətli oldular. Mən isə haqqımı tələb etmədiyim üçün hörmətsiz oldum”.