Aktyor Elməddin Cəfərov ilk avtomobili ilə bağlı maraqlı açıqlama verib.
OLAY yazır ki, o, bu barədə “10-da görüşək” proqramına danışıb.
Elməddin deyib ki, birinci maşını köhnə model olub:
“1974-cü ildən idi. Getdiyimiz yerdə maşın altımızda partladı. Açarı yox idi, toku bir-birinə vururduq. Demişdilər ki, söndürəndə və işə salanda ehtiyatlı olun. Həmin hadisədə gördüm ki, Fərda ( Fərda Amin) düşüb, qaçıb, heykəldən o tərəfdədir. Mən də maşından düşə bilmirdim, zülmlə açıb, çıxdım. Yəni xoş xatirə deyildi. İlk maşınım altımda partladı”.