“Bir pişiyim vardı, adı Məstan idi. O sanki məndə olan ağrıları götürdü. Bir aydan sonr onun döş hissəsində şiş əmələ gəldi. Biz dərhal həkimə apardıq. Diaqnoz qoydular ki, pis xəstəliyi var”.
OLAY yazır ki, bu sözləri “Günün sədası” verilişində rəqqasə Fatimə Fətəliyeva deyib.
O pişiyi bağlı maraqlı faktlardan danışıb:
“Biz onu müalicə etdirirdik. Mən çox gözəl ailədə göz açmışdım, amma hər şeyimizi itirdik, evimizi satdıq kirayəyə köçdük. O pişiyi qucağımızda yeni evə aparmaq istədik, amma qaçdı. Onu iki ay axtardıq, anam nə qədər ağladı. Sonda biz Məstanı zibil yeşiklərinin yanında ölü vəziyyətdə tapdıq. Atam rəhmətə gedəndə şəklinin qarşısında oturub ağlayırdı”.