Mərhum Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) xanımı Gülü Xalq artisti Nazpəri Dostəliyeva üçün efirə çıxıb.
OLAY yazır ki, o, sənətçi “Həmin Zaur” proqramında qonaq olarkən studiyaya gəlib.
Dostəliyeva üçün gül də gətirən Gülü “Rəmiş sizi çox istəyirdi. Deyirdi, Allah ona hər şey verib, həm sənətkardı, həm də gözəl xasiyyəti var. Mən ona görə bura gəlməyi özümə borc bildim. Siz dost idiniz, bir yerdə xatirələriniz çoxdur. O vaxt Rəmiş xəstəxanada olanda yanına ilk Nazpəri xanım gəldi. Rəmiş rəhmətə gedəndən sonra da mənimlə maraqlanır, özü zəng etməsə də, köməkçiləri əlaqə saxlayır”, - deyə bildirib.
N. Dostəliyeva da Rəmişlə qardaşının əvvəllər dost olduğunu vurğulayıb.