“Məni çox şeylər üzür. Yaşadıqlarım, çətinliklər... Bir tərəfdən də düşünürəm ki, bunlar olmasa, insan yaşaya bilməz”.
OLAY yazır ki, bu sözləri “Elgizlə izlə” proqramında Xalq artisti Naibə Allahverdiyeva deyib.
O keçmişdə yaşadığı çətinliklərdən bəhs edib:
“Həmin çətinliklər olmasa, insan ayağa qalxa bilməz. İnsanı mübariz edən o çətinliklərdir. O qədər ac qalmışam ki... Zirzəmidə də yaşamışam”.