Müğənni Nadir Qafarzadə TikTok-dan pul qazanan tanınmışları tənqid edib.
OLAY yazır ki, bu barədə o, “MTV Maqazin”ə danışıb.
Nadir deyib ki, həmin sosial şəbəkə platformasında abırsızlıq təbliğ olunur:
“Mən bilmədiyim söyüşləri TikTok-da görürəm. 50 yaşım var, o təhqiri bilmirəm, amma qadınlardan eşidirəm. Bir var adi, bir də var ki, köklü söyüş. TikTok abırsılzığı, əxlaqsızılığı təbliğ edir. Efirə çıxırdılar “qaqaş” idilər, ağır-ağır danışırdılar, indi TikTok-da bambılılıq edirlər. Deməli, sən bu vəziyyətində idin, amma obraz yaradırdın. Normal qadına və kişiyə orada oyun çıxarıb, hoqqa vermək yaraşmır.
Mənim də səhifəm var, bir neçə video da paylaşmışam, orada yalnız musiqilərim ola bilər. Heç istifadə etməyi də bacarmıram. İlk dəfə girdim, yazdılar ki, qoy kasıblar pul qazansın. Ondan sonra daxil olmuram. TikTok-dan pul qazandığım gün özümü asaram. Allah mənə o pulu qismət etməsin. Etdiyi gün canımı alsın”.