“Əvvəllər yalançı konsertlər olmurdu. İnsanlar sevərək, bilet alıb gəlirdilər".
OLAY yazır ki, bu sözləri "Xəbər-ətər" proqramında Əməkdar artist Könül Kərimova söyləyib. O, indi qondarma konsertlərin çox olduğunu xüsusi qeyd edib:
"İki-üç il əvvəl mənə qondarma konsert təklifi gəldi. Dedilər, konsert təşkil etmişik, tamaşaçılar da hazırdır, sən gəl, oxu. Söylədim ki, siz nə danışırsınız? Dinləyici məni sevib gəlməsə, necə orada çıxış edə bilərəm? Süni halda zalı doldururlar”.