ARB TV-nin efirində gərginlik yaşanıb.
OLAY yazır ki, “Elgizlə izlə” proqramında aparıcı Pərvanə Tahirqızı və vəkil Şəfiqə Nağıyeva mübahisə eidb.
Belə ki, Ş. Nağıyeva Pərvanənin 56 yaşında evlənmək istəyən bir bəydən bunun səbəbini soruşmağına qəzəblənib.
“O necə desin ki, nəyə görə evlənmək istəyir”, - deyə vəkil bildirib. Bundan sonra aparıcı “Mənim sözümü pisə yozmayın. Yəqin qulaq yoldaşı axtarırsınız, bəlkə uşaq sahibi olmaq istəyirsiniz və sairə” sözlərini səsləndirib.
Bu, Nağıyevanı daha da hiddətləndirib. Onlar arasında mübahisə yaranıb. Daha sonra Pərvanə Ş. Nağıyevanın fikriləri ilə razılaşmayıb. Vəkil ondan danışmağa icazə verməsini istəyib.
“Siz mənə danışmağa imkan vermədiniz. Yəqin mənim yaşım çatmır. Başqası olsa, cavab verərdim. Sizə hörmət edirəm”, - deyə P. Tahirqızı vurğulayıb.