Müğənni Kərim Abbasov estetik əməliyyat olunan kişi həmkarları barədə danışıb.
OLAY yazır ki, bu barədə o, “10-da görüşək” proqramında açıqlama verib.
Kərim deyib ki, estetik prosedur etdirdiyini ilk açıqlayan kişi müğənnidir:
“Mən kök hüceyrə proseduru etdirdim” deyib paylaşım edənə qədər bir kişi müğənninin bunu instaqramda açıqladığını görmüşdüz? Bunu ilk mən etdim. Hamısı gedir, botoks da etdirirlər, üzü də çəkdirirlər. Amma çıxanda deyirlər ki, nə danışırsınız, öz üzüm belədir. Hətta qaynadılmış toyuğa oxşayırlar, yenə də deyirlər, özüm beləyəm. Mən çıxdım, dedim ki, etdirmişəm. Sonra hamısı açıqlamağa başladı”.