“Həmişə demişəm ki, gözəl nəsə varsa, xalqımıza tanıtmaq lazımdır. Eləcə də Azərbaycanda peşəkar, işini bilən həkimlərimizi insanlara tanıdacağam. Çünki dəyərli həkimlərimizlə yanaşı, qeyri-peşəkarları da var. Necə ki, illər öncə, sadə bir əməliyyatda az qala məni o dünyaya göndərirdilər”.
OLAY yazır ki, bu sözləri iş xanımı Ruhi Əliyeva, regenerativ tibb və kök hüceyrə uzmanı Sevinc Heydərova ilə canlı yayım zamanı deyib. R. Əliyeva 20 gündür kök hüceyrə etdirdiyini və faydalarını gördüyünü söyləyib:
“Çox vaxt xanımlar üzlərinə təbii olmayan botoks etdirirlər. Bundan sonra simada müəyyən dəyişiklik olur, bəzən isə əyilmələr baş verir. Məndə də problemlər yaranmışdı.Ona görə də Azərbaycanda kosmetoloq yanına getməkdən imtina etmişdim. Hamı dedi ki, əməliyyat etmisiz. Lakin düşünmədilər ki, mən uğursuz bir kosmetoloqun əlinə düşmüşdüm. Həkim üzümü bərbad günə qoymuşdu. Şükürlər olsun ki, düzəldi. İndi isə kök hüceyrə etdik. İnsan kök hüceyrə metodikasından çox çəkinir. Dəqiq nə olduğunu bilmirlər”.
Ruhi Əliyeva “Kök hüceyrə nədir? Yağ dolğusudurmu?”-sualını ünvanlayaraq həkimdən izləyiciləri maarifləndirməsini xahiş edib.
S. Heydərova isə suala geniş şərh verib.
Yerləşdirilən linkə daxil olaraq kök hüceyrə və onun faydaları barədə məlumat əldə edə bilərsiz: