“Yaşama səbəbim anamdır. Əgər olsaydı, “övladımdır” deyərdim. Amma olmayıb, nə edək?
OLAY yazır ki, bu sözləri müğənni İlahə Fəda “SözBaz” verilişində deyib.
“Daha nə qədər dərd çəkim? Olmayan şeyin dərdini niyə çəkim? Arada Allaha şükür edirəm, yaxşı ki, övladım yoxdur. Çünki çox çox ağır zamandır. Mənim səmimiyyətimə inanın. Bəlkə də, gənc yaşlarımda arzulamışam”,- deyə sənətçi müzakirələrə səbəb olacaq fikirlər səsləndirib.