TV proqram
TV proqram

Pərvinin TikTok açıqlamasını yalanladı

Pərvinin TikTok açıqlamasını yalanladı

Aktyor Elcan Rəsulov həmkarı Pərvin Abıyevanın TikTok-la bağlı açıqlamasını yalanlayıb.

OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” proqramında danışıb.

Elcan Pərvinin sözügedən platformada bir ayda 36 min dollar qazanmasının real olmadığını söyləyib:

“Mən iki aydır TikTok-da oyun oynamıram. Pərvin də real 35-36 min görməyib. Rəqəm hesabı ilə o qədər olur. Həmin pulun hamısı sənə qala bilməz. Bir az da xərcləməlisən, geri dönüş etməlisən. Qazandım, götürdüm getdim yoxdur”.

Qeyd edək ki, P. Abıyeva bir müddət əvvəl TikTok-dan günə 3 min dollar qazandığını, ilk qatıldığı ay isə 36 minə yaxın gəlir əldə etdiyini söyləmişdi.