Türkiyənin maqazin proqramı “Söylemezsem olmaz” növbəti dəfə tənqid atəşinə tutulub.
OLAY yazır ki, buna səbəb aparıclar- Seren Serengil, Bircan Bali və Artonun Şeyma Subaşı-Hakan Sabancı cütlüyü haqda səsləndirdiyi fikirlər olub.
Eşq yaşadığı iddia olunan məşhurlar barədə Seren “Hakan, Aygün (OXU: iş adamının keçmiş sevgilisi) hamilə qalmışdı. Şeymanın da metodu budur. Daha əvvəl hamilə qalaraq imkansızı etdi. Ehtiyatlı ol”,- deyə bildirib.
Bircan isə “Yəqin ki, qorunma metodlarından xəbərləri var”,-deyərək Serengilə cavab verib.
Bu müzakirə sosial şəbəkə istifadəçilər tərərfindən qınanılıb. Onlar aparıcıların özəl məsələləri efirdə danışmasına irad bildirib.