TV proqram
TV proqram

“Bir toyda 152 dəfə “Maral” oxumuşam”

“Bir toyda 152 dəfə “Maral” oxumuşam”

Müğənni Nadir Qafarzadə bir vaxt populyar olan “Maral” mahnısı haqda maraqlı açıqlamalar verib.

OLAY yazır ki, o, bu barədə “7 canlı” proqramında danışıb.

Nadir deyib ki, sözügedən ifasından kifayət qədər pul qazanıb:

“O mahnıdan sonra hər yerə dəvət olundum. Azərbaycanda getmədiyim rayonlara yollandım. “Maral”la açılış edib, bitirdiyim toylar olub. Hətta bir toyda 152 dəfə həmin mahnını oxumuşam. Tovuzda ev sahibi dedi ki, bunu canlı oxuma, fonoqram ifa et. Deyir, o ruhuma yaxındır”.