TV proqram
TV proqram

Abbas da aparıcı olacaq

Abbas da aparıcı olacaq

Əməkdar artist Abbas Bağırov aparıcılığa başlayır.

OLAY yazır ki, bu barədə o, "MTV Azərbaycan"a açıqlamasında danışıb. Müğənni verilişin öz "YouTube" kanalında yayımlanacağını söyləyib:

"Üç il əvvəl planlaşdırdığım akustik layihədir. Hansı televiziya istəsə, müəyyən buraxılışları icarəyə verəcəm. Hər proqramda bir sənət adamı qonağım olacaq, mənimlə mahnılar ifa edəcək. Hətta studiyanın dekorasiyasını da fikirləşmişəm, ev ab-havasına uyğunlaşdırılacaq. Gələcəkdə bu proqramı daha böyük studiyada, tamaşaçılarla birgə çıkmək istəyirəm. Verilişin sponsorları yoxdur. Təklif gəlsə, müəyyən şərtlərim olacaq. Proqram əsnasında hansısa brendi reklam etmək istəmərəm. Reklam əvvəldə və axırda ola bilər. Amma verilişdə yalnız musiqidən danışılacaq".